Penitensiar xidmətin Mühafizə alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Penitensiar xidmətin Mühafizə alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilib
13:17 6 Mart 2017
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 mart. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Mühafizə alayının komandiri vəzifəsini icra edən, ədliyyə polkovnik-leytenantı İlqar Müseyibov açaraq şəxsi heyəti və qonaqları salamlayıb. 
Dövlət himni səsləndirildikdən sonra dövlət bayrağı hərbi marşın sədaları altında meydanın mərkəzinə gətirilib, 159 nəfər gənc əsgər vətənə, xalqa və dövlətə sədaqət andı içib. 
Penitensiar xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov təbrik nitqi ilə çıxış edərək gənc əsgərlərə Vətənə şərəf və ləyaqətlə xidmət etməyi, komandirlərin əmr və tapşırıqlarını sözsüz yerinə yetirməyi, hər an əldə silah ölkəmizin müdafiəsinə qalxmağa hazır olmağı tövsiyə edib. 
Gənc əsgərlər nizam-intizamlı olacaqlarını, xidmətdə yalnız uğur qazanacaqlarını, Vətənin müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda Ali Baş Komandanın bircə əmri ilə canlarından belə keçməyə hazır olduqlarını bildiriblər.
Tədbir şəxsi heyətin hərbi marşın sədaları altında təntənəli keçidi ilə davam edib, Mühafizə alayının xüsusi təyinatlı dəstəsi fiziki və döyüş hazırlığını, peşəkarlığını qonaqlar qarşısında nümunəvi çıxışlarla nümayiş etdirilib.









Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/penitensiar-xidmetin-muhafize-alayinda-genc-esgerlerin-andicme-merasimi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR