Fransada TƏTİL - 300 aviareys təxirə salınır

Fransada TƏTİL - 300 aviareys təxirə salınır
13:42 6 Mart 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın hava limanlarında elan olunmuş dörd günlük tətillə əlaqədar 300-ə yaxın reys təxirə salınacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tətil əsasən ölkənin cənubunda və qərbindəki hava limanlarına təsir edəcək.

Məlumatda qeyd olunur ki, təkcə bu gün ümumi uçuşların 4 faizi təxirə salınır.

"Air France" aviaşirkəti öz reyslərinin 20 faizini təxirə salıb. Tətilin ikinci günündə Nitsa və Marsel hava limanlarının uçuşları təxirə salacağı bildirilib.

Tətil martın 10-da başa çatdırılacaq. Həmin günədək Paris aeroportlarında da uçuşların təxirə salınacağı gözlənilir.

Qeyd edək ki, Fransanın Brest, Bordo və Eks-an-Provans hava limanlarının əməkdaşları tətil elan ediblər. Onlar iş saatlarının azaldılmasını və iş şərtlərinin yaxşılaşdırılmasını tələb edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR