İlkin Həsəni və komandası REKORDA imza atdı - VİDEO

İlkin Həsəni və komandası REKORDA imza atdı - VİDEO
13:48 6 Mart 2017
400 Şou
Ölkə mətbuatı
A- A+

Atv və “İlk Media”-nın birgə istehsalı olan "Stalinin başı" adlı macəra komediya filmi kinoteatrlarda izlənmə sayına görə, digər filmləri geridə qoyub.

Publika.az xəbər verir ki, bu barədə filmin baş prodüseri və “Şəmi” obrazını canlandıran aktyor İlkin Həsəni məlumat verib. Onun sözlərinə görə, aktyorlar özləri də filmə ailələri ilə birlikdə gedib baxmaq üçün bilet tapmaqda çətinlik çəkib:

“Çoxu bileti bir gün əvvəlcədən almalı olub. Keçən il “Axırıncı yol” filmi də baxılan filmlər siyahısında idi. Lakin etiraf etməliyəm ki, ilk dəfədir belə bir izdihamın şahidi oluruq. Dünən izdiham olduğundan 28 və Gənclik Mallda əlavə gecə seansları da açılıb”.

Qeyd edək ki, filmi gənc rejissor Emil Abdullayev çəkib. Ekran işində İlkin Həsəni ilə yanaşı Elşən Orucov, Ramil Babayev, Nicat Rəhimov, İlkin Misgərli, Ənvər Abbasov və başqaları rol alıb.

Aytən

“Stalinin başı” üçün Gürcüstana gedən azərbaycanlılar – FOTOLAR/VİDEO

“Stalinin başı”nı görmək üçün Bakıda izdiham yaşandı - FOTOLAR

Dünən Nizami Kino Mərkəzində "Bozbaş Pictures" və “İlk Media”-nın istehsalı olan "Stalinin başı" adlı macəra komediya filminin premyerası uğurla baş tutub.

“Bozbaşçılar” dünyaya qan udduran ən zalım liderin başını Azərbaycana gətirdi - VİDEO

“Bozbaşçılar” dünyaya qanudduran ən zalım liderin başını Azərbaycana gətirdi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/190335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR