"Qarabağ" Azərbaycan Premyer Liqasında tarixi qələbə qazanıb

"Qarabağ" Azərbaycan Premyer Liqasında tarixi qələbə qazanıb
13:52 6 Mart 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Ağdamın “Qarabağ” klubu futbol üzrə Azərbaycan çempionatlarında 150-ci səfər qələbəsini qazanıb. 
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yubiley uğuru Premyer Liqanın XXI turunun “Sumqayıt”la görüşünə təsadüf edib. 4:0 hesablı qələbəyədək ağdamlılar 149 dəfə rəqib meydanlarında qalib gəlmişdi. Səfərdəki 150-ci qələbə 352-ci matça təsadüf edib. “Qarabağ”ın hesabında 94 heç-heçə və 108 məğlubiyyət də var. Rəqib meydanlarındakı qol sayını 418-ə çatdıran ağdamlılar 328 top buraxıb.
Qeyd edək ki, səfərdə ən çox qələbəsi olan komanda “Neftçi”dir – 174. Bu iki klubdan başqa yalnız “İnter” rəqib meydanında 100-dən artıq qələbə əldə edib. Bakılıların 102 belə uğuru var.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-azerbaycan-premyer-liqasinda-tarixi-qelebe-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR