IMAX ABŞ və bir sıra digər ölkələrdə virtual reallıq kinoteatrları açacaq

IMAX ABŞ və bir sıra digər ölkələrdə virtual reallıq kinoteatrları açacaq
13:52 6 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ "IMAX şirkəti virtual reallıq (VR) bazarına çıxmağı planlaşdırır və bu texnologiyanın istifadə ediləcəyi 6 kinoteatr açmağa hazırlaşır".
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Riçard Gelfond bildirib.
İlk belə mərkəz yanvar ayında Los-Ancelesdə açılıb. Kinoteatrın qonaqları qısametrajlı film izləməyə və ya xüsusi "HTC Vive" dəbilqələrində oyun oynaya bilərlər. 
R.Gelfondun sözlərinə görə, mərkəzin yanvarın 6-da baş tutan açılışından bəri artıq 5 min nəfər kinoteatrda olub və onların təxminən 90%-i müsbət rəy veriblər.
Ümumiyyətlə, şirkət pilot layihə çərçivəsində Böyük Britaniya, Çin, eləcə də ABŞ-ın Kaliforniya və Nyu-York şəhərlərində VR-kinoteatrlar açmaq niyyətindədir.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/imax-abs-ve-bir-sira-diger-olkelerde-virtual-realliq-kinoteatrlari-acacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR