Astarada torpaq sürüşməsi yenidən aktivləşdi

Astarada torpaq sürüşməsi yenidən aktivləşdi
13:54 6 Mart 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

Astara rayonunun ucqar dağ kəndlərinə gedən Deqədi-Pəlikeş avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib.

 


APA-nın cənub bürosunun məlumatına görə, yolda son vaxtlar tez-tez çökmə və sürüşmə baş verir. 

 

Hazırda yolda ən bərbad vəziyyət rayonun Baxışoba və Vənəşekəş kəndindən keçən ərazidə müşahidə olunur. Burada yol təqribən 3 metrə qədər çöküb, dərəyə doğru sürüşmə böyük bir ərazini əhatə edir. Yolda elə ərazilər var ki, avtomobillərin hətta birtərəfli hərəkəti mümkünsüz olur.

 

Sürüşmə sitrus bağlarına da ciddi ziyan vurub. Dağın yamacında əkilən yüzlərlə naringi ağacı torpaq altında qalıb. Kijəbə bələdiyyəsinin sədri Ağadadaş Qənbərov bildirib ki, aidiyyatı qurumlar əraziyə baxış keçirib.

 
Qeyd edək ki, Deqədi-Pəlikeş yolundan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269218

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR