"Qəbələ” III dövrənin ən yaxşısıdı

"Qəbələ” III dövrənin ən yaxşısıdı
14:07 6 Mart 2017
129 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasında III dövrəyə yekun vurulub. XXI turda “İnter”i 2:0 hesabı ilə məğlub edən “Qəbələ” mövsümün 3-cü hissəsinin ən yaxşısı olub. 


Ən çox qol vurub, ən az top buraxan “qırmızı-qaralar” dövrədə uduzmayan yeganə komanda olmaqla 15 xal qazanıb. “Zirə” 2017-ci ilə təsadüf edən dövrənin 7 turunda 14, “Qarabağ” isə 13 xal əldə edib. “Kəpəz”lə AZAL dövrəni qələbəsiz başa vurub. Sonuncular hamıdan az qol vurub, Gəncə təmsilçisi ən çox top buraxıb.


Qeyd edək ki, dövrənin 28 matçında 61 qol qeydə alınıb. I dövrədə 72, II dövrədə isə 54 qol vurulmuşdu.


1. Qəbələ 7 4 3 0 11-4   15

2. Zirə 7 4 2 1 9-7  14

3. Qarabağ 7 4 1 2 10-5  13

4. Neftçi 7 3 2 2 7-5  11

5. İnter 7 3 2 2 10-9  11

6. Sumqayıt 7 2 2 3 7-10   8

7. Kəpəz 7 0 3 4 4-11   3

8. AZAL 7 0 1 6 3-10   1


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqbl-iii-dovrnin-n-yaxsd-t56735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR