İstanbulda partlayıcı maddəyə oxşar şübhəli bağlama tapılıb

İstanbulda partlayıcı maddəyə oxşar şübhəli bağlama tapılıb
11:18 7 Yanvar 2015
164 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin İstanbul şəhərindəki "Okmeydanı"nda partlayıcı maddəyə oxşar şübhəli bağlama tapılıb. Bu barədə Trend çərşənbə günü “Hurriyet” qəzetinə istinadən xəbər verir.

Qəzetin yazdığına görə, hazırda şübhəli bağlamanın aşkar edildiyi yerə bomba zərərsizləşdirən xüsusi dəstələr gətirilib.

Dünən İstanbulun tarixi Sultan Əhməd rayonunda Turizm Polis Şöbəsində qadın terrorçu-intiharçı özünü partladıb. Hadisə nəticəsində qadın özü və bir polis ölüb, daha bir polis əməkdaşı isə xəsarət alıb.

Meydana gələn terror aktını həyata keçirən qadının Kocaeli Universitetinin tələbəsi Elif Sultan Kalsın olduğu öyrənilib.

Trend Ozgurkocaeli saytına istinadan məlumat verir ki, Kocaeli universiteti beynəlxalq əlaqələr fakültəsinin tələbəsi olan Kalsının əslən Tuncelili olduğu və Kocaelide yaşadığı müəyyənləşdirilib.

O da məlum olub ki, 2012-ci ildə bu qadının adı Türkiyənin Baş Hüquq-Mühafizə İdarəsinin dərc etdirdiyi “canlı bomba” siyahısına daxil edilib. Siyahı dərc edildikdən dərhal sonra Kalsın təkziblə çıxış edərək “canlı bomba” olduğunu inkar edib. Həmin vaxt müxalifətyönlü Cümhuriyyət Xalq Partiyası Kalseni müdafiə etmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2350497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR