Türkiyənin düşməni ilə davam: ABŞ-ın planının DETALLARI

Türkiyənin düşməni ilə davam: ABŞ-ın planının DETALLARI
14:13 6 Mart 2017
148 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) Rakka planının hazırlanması üçün verdiyi vaxt başa çatıb.

Publika.az xəbər verir ki, ABŞ-ın “Vaşinqton Post” qəzeti planın hazır olduğunu bildirib.

Nəşrin xəbərinə görə, Pentaqon əksəriyyəti YPG (PKK terror təşkilatının Suriya olan PYD-nin silahlı gücü –red.) döyüşçülərindən ibarət olan Suriya Demokratik Güclərinə (SDG) silah yardımına davam edilməsini istəyir. Bölgədəki 50 mindən çox ərəb və kürd döyüşçüsünə silah və sursat verilməsini təklif edən Pentaqon, Suriyadakı ABŞ xüsusi təyinatlılarının sayının artırılmasını tövsiyə edib. Suriyada hazırda ABŞ-ın 500 xüsusi təyinatlısı var.

Planda həmçinin Suriyaya zərbə vertolyotları və topçu birliklərinin göndərilməsi də yer alıb. Pentaqon hesab edir ki, planın icrası Rakkanın İŞİD-dən azad edilməsini sürətləndirəcək.

“Vaşinqton Post” Ankaranın YPG mövzusundakı həssaslığına toxunub. Eyni zamanda bildirilir ki, ABŞ-ın NATO üzrə müttəfiqi və anti-terror koalisiyasının üzvü Türkiyə ilə danışıqları davam edir.

Trampın planda yer alan təkliflərə necə yanaşdığına gəlincə, bu barədə hələlik heç bir informasiya yoxdur.

Lakin İŞİD-ə qarşı aparılan əməliyyatın komandiri, amerikalı general StefanTovnsend YPG-nin Türkiyə üçün bir təhdid yaratmadığını deyib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR