​Dildəki ağ yaraların səbəbi nələrdir?

Sağlam bir dilin çəhrayı rəngdə olduğunu hamımız bilirik. Lakin bəzi insanların dilində ağ yaralar olur.

Metbuat.az məlumat verir ki, yediyimiz qidaların parçaları bəzən dildə bakteriya əmələ gəlməsinə səbəb olur. Bu bakteriyalar dildə yer alan toxumaların arasına keçib iltihab əmələ gətirir. İltihabın nəticəsində dildə ağ yaralar meydana gəlir. Bu yaralar infeksiya əlaməti kimi ciddi xəstəliklərə səbəb ola bilir. Ağ dilin ən geniş yayılmış əlaməti dehidratasiyadır. Quru bir ağız bakteriyaların qısa müddətdə əmələ gəlməsinə səbəb olur.

Mütəxəssislər deyir ki, bədənin hər hansı yerində meydana gələn infeksiyalar, alkoqol və siqaret istifadəsi, ürək xəstəliyi və ədviyyatlı qidalar ağ yaraların əmələ gəlməsinə səbəb olur.

Həkimlərin sözlərinə görə, dişi fırçalayarkən dili də fırçalamaq ləkələrin əmələ gəlmə riskini azaldır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR