Məmmədyarov Lavrovla görüşdü - FOTO

Məmmədyarov Lavrovla görüşdü - FOTO
14:27 6 Mart 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov Elmar Məmmədyarov arasında görüş keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Rusiya XİN başçısı Sergey Lavrov görüşün məhsuldar keçəcəyinə ümidvar olduğunu söyləyib.
 
İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayan rusiyalı nazir bildirib ki, Rusiya və Azərbaycan arasında əlaqələr bütün sahələrdə inkişaf edir.
 
Öz növbəsində, Elmar Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
 
O bugünkü görüşdə ikitərəfli münasibətlərin səviyyəsini, beynəlxalq gündəmi müzakirə edəcəklərini söyləyib.
 
E.Məmmədyarov Rusiya və Azərbaycan XİN-ləri arasında bu il üçün əməkdaşlıq və məsləhətləşmə Planı imzalayacaqlarını da qeyd edib.
 
Görüş daha sonra jurnalistlərin iştirakı olmadan davam etdirilib.
 
Nazirlər görüşdən sonra birgə mətbuat konfransı keçirəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/523679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR