Proqnozlar Bürosu: Yaxın günlərdə Azərbaycanda havanın temperaturu yüksələcək

Proqnozlar Bürosu: Yaxın günlərdə Azərbaycanda havanın temperaturu yüksələcək
14:27 6 Mart 2017
197 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ “Yaxın günlərdə Azərbaycanda hava şəraitində ciddi dəyişiklik gözlənilmir”.
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
O bildirib ki, yaxın 2-3 gün ərzində ölkə ərazisində hava şəraiti sabit keçəcək: “Mülayim cənub küləyi əsəcək”.
G.Məmmədovanın sözlərinə görə, növbəti günlərdə havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək: “Bakıda və Abşeron yarımadasında 10-15, Mərkəzi Aran rayonlarında 12-18, dağlıq ərazilərdə 7-12 dərəcə isti olacağı gözlənilir".
O qeyd edib ki, mart ayının 8-i axşam saatlarında bəzi dağlıq ərazilərdə hava şəraitinin qısamüddətli yağıntılı olacağı ehtimalı var.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/proqnozlar-burosu-yaxin-gunlerde-azerbaycanda-havanin-temperaturu-yukselecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR