Azərbaycan XİN: "Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artması üçün potensial mövcuddur"

Azərbaycan XİN: "Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artması üçün potensial mövcuddur"
14:27 6 Mart 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır, ötən 25 il ərzində ölkələr arasındakı qarşılıqlı münasibətlər ciddi çətinliklərə və sarsıntılara məruz qalmayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

E.Məmmədyarov qeyd edib ki, ticarət dövriyyəsinin daha da böyüməsi üzərində işləmək lazımdır.

Onun sözlərinə görə, Moskvaya səfəri zamanı regional və beynəlxalq məsələlərin müzakirə olunacağı və iki ölkənin xarici işlər nazirlikləri arasında məşvərətlərin keçirilməsi və tədbirlər planının imzalanması planlaşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/523674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR