Valeri Meladze Heydər Əliyev Sarayında ikigünlük konsert verəcək

Valeri Meladze Heydər Əliyev Sarayında ikigünlük konsert verəcək
14:42 6 Mart 2017
107 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiyanın tanınmış müğənnisi, əməkdar artisti, çoxsaylı mükafatların sahibi Valeri Meladze 4 və 5 may tarixlərində Heydər Əliyev Sarayının səhnəsində çıxış edəcək.

Milli.Az-ın məlumatına görə, konsert saat 20:00-da başlayacaq.

V.Meladzenin Bakıda hər bir çıxışı anşlaqla keçir, tamaşaçılarda ən unudulmaz təəssüratlar və emosiyalar buraxır. V.Meladze bu dəfə bayram gecəsinin qonaqlarına ən məşhur hitləri və artıq populyarlaşan yeni kompozisiyaları ilə "Yubiley turu" adlı konsert proqramını təqdim edəcək. V.Meladzenin yubiley turu Rusiya, Azərbaycan, Gürcüstan, İsrail, Çexiya, Almaniya və digər ölkələrdə keçir. Konsertə biletləri şəhərin bütün kassalarında və "ASAN xidmət" mərkəzlərində, habelə https://iticket.az/ saytında onlayn əldə etmək olar. Biletlərin ödənişsiz çatdırılması üçün telefon nömrəsi - (077) 600-00-60.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

V. Meladze müğənni, prodüser və televiziya aparıcısıdır. Beynəlxalq Estrada İncəsənət Xadimləri İttifaqının İdarə heyətinin üzvüdür. Rusiya Federasiyasının əməkdar artisti, Çeçenistan respublikasının isə xalq artistidir. "Ovatsiya" Rusiya milli mükafatının üçqat, "Muz-TV" mükafatının yeddiqat, RU.TV mükafatının üçqat, "Pesnya qoda" ("İlin mahnısı") mükafatının isə çoxsaylı sahibidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/523664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR