"Verder"in hücumçusu Azərbaycana gəlir

"Verder"in hücumçusu Azərbaycana gəlir
14:47 6 Mart 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya millisinin baş məşqçisi Yoahim Löv daha bir futbolçunu yığmaya qaytarmağı planlaşdırır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, söhbət "Verder"in hücumçusu Maks Kruzdan gedir.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da Azərbaycan millisinin qonağı olacaq Bundestimdə Kruzun da heyətdə yer alması gözlənilir. Son vaxtlar formada olan 28 yaşlı forvard Bundesliqanın XXIII turunda "Darmştadt"la qarşılaşmada dubl edərək komandasına qələbə qazandırıb (2:0). Kruzun oyunundan məmnun qalan Yoahim Löv onun hücum xəttini gücləndirəcəyini düşünür.
 
Qeyd edək ki, Maks Kruz sonuncu dəfə 2015-ci ilin oktyabr ayında Gürcüstanla AÇ-2016-nın seçmə mərhələ matçında Almaniya yığmasının formasını geyinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR