"Valideynlər saatlarla soyuq havada gözləyib"

"Valideynlər saatlarla soyuq havada gözləyib"
14:52 6 Mart 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Müşahidələrimə görə, imtahan keçirilən bir çox yerdə təşkilatçılıq zəif olub. Uşaqlar və onların valideynləri soyuq havada saatlarla gözləyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Təhsil üzrə ekspert Kamran Əsədov sosial şəbəkədə Dövlət İmtahan Mərkəzinin 9-cu sinif şagirdləri üçün keçirdiyi imtahanı şərh edən zaman yazıb. O bildirib ki, məktəblilərin saatlarla soyuq havada gözləməsi bir çox valideynlərin narazılığına səbəb olub:

"Dövlət İmtahan Mərkəzi ilk dəfə olaraq Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirib. Birinci mərhələdə şagirdlərə oxuyub anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyazi bacarıqları yoxlamaq üçün 10 açıq, ümumilikdə, iki fənn üzrə 30 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük prinsipi əsasında ilk dəfə olaraq inşa (esse) yazıblar.

Sosial şəbəkələrdə və müxtəlif media orqanlarında DİM-in keçirdiyi bu imtahanlarda təşkilatçılıq məsələlərinin zəif olması ilə bağlı bir çox informasiyalar yer alıb. Doğrudan da, müşahidəmə görə, bir çox yerdə təşkilatçılıq zəif olub. Bu, soyuq havada saatlarla gözləyən uşaqların, onların valideynlərinin narazılığına səbəb olub.

Ümidvarıq ki, DİM növbəti həftələrdə ölkəmizin digər bölgələrində keçiriləcək imtahanlarda təşkilatçılıq məsələlərinə və maarifləndirmə işlərinin gücləndirilməsinə xüsusi diqqət yetirəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/523663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR