Azərbaycanda növbəti tədris ilində də I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılacaq

Azərbaycanda növbəti tədris ilində də I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılacaq
14:57 6 Mart 2017
344 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanda növbəti tədris ili üçün də I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.
“Report” xəbər verir ki, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.
Əmrdə qeyd olunub ki, 2016/2017-ci dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilib, həmin məktəblərdə I sinfə 44 min nəfərdən artıq uşaq qəbul edilib.
Sənəddə bildirilib ki, I sinfə qəbul üçün ərizələrin elektron qeydiyyatının bu prosesin düzgün tənzimlənməsinə, şagird sıxlığı ilə əlaqədar problemlərin vaxtında müəyyənləşdirilməsi və operativ həllinə zəmin yaratması və ictimaiyyət arasında rəğbətlə qarşılanması 2017/2018-ci dərs ilində də ərizələrin qəbulunun bu yolla aparılmasına etibarlı əsas verir.
Əmrə əsasən, Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki lisey və gimnaziyalarda 2017/2018-ci dərs ili üçün I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilməlidir.
Əmrin icrasına nəzarəti nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/novbeti-tedris-ilinde-de-i-sinfe-sagird-qebulu-elektron-sistem-vasitesi-ile-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR