Sergey Lavrov: "Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların səviyyəsindən razıdır"

Sergey Lavrov: "Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların səviyyəsindən razıdır"
15:07 6 Mart 2017
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ "Rusiya müxtəlif formatlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tərəfləri üçün müvafiq həll yolları tapılmasına yardım edəcək".
"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra Moskvada keçirdiyi mətbuat konfransında deyib.
"Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışdıq. Rusiya həm Bakı və İrəvanla ikitərəfli əlaqələr çərçivəsində, həm də Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli görüşləri formatında tərəflər üçün məqbul həll yolları tapmaq məsələsində kömək göstərməyə davam edəcək" - S.Lavrov vurğulayıb.
Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin - ABŞ və Fransanın da iştirakı ilə ərsəyə gələn prinsipial yanaşmalar üzrə mümkün bütün addımları atır.
Rusiya XİN başçısı danışıqların səviyyəsindən məmnuniyyətini də dilə gətirib: "Prezidentlərimizin tapşırıqlarının yerinə yetirilməsi üzərində işləri davam etdirəcəyik."

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/sergey-lavrov-rusiya-dagliq-qarabag-munaqisesi-uzre-danisiqlarin-seviyyesinden-razidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR