“Bakcell Arena”da yubiley

“Bakcell Arena”da yubiley
15:17 6 Mart 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XXI turunun “Neftçi” – “Zirə” qarşılaşması qonaqlar üçün yubileylə əlamətdar olub. 


Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2:1 hesabı ilə əzmkar qələbə qazanan Ayxan Abbasovun yetirmələri Azərbaycan çempionatının yüksək dəstəsində 25-ci qələbəsini bayram edib. Premyer Liqada ötən mövsüm debüt edən zirəlilər 17 dəfə qalib gəlmişdisə, cari çempionatda daha 8 dəfə sevinib. “Bakcell Arena”da qazanılan 25-ci uğuru 57-ci oyununda əldə edən qəsəbə təmsilçisi 16 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Bu müddətdə zirəlilər 62 top vurub və 53-nü buraxıb.


Qeyd edək ki, “Zirə” ölkə çempionatlarında 25 və daha çox qələbə qazanan 32-ci komanda olub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bakcell-arenada-yubiley-t56737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR