İki avtomobil toqquşdu: Yaralılar var

İki avtomobil toqquşdu:  Yaralılar var
15:37 6 Mart 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb. "Ford" və "VAZ 2106" markalı avtomobilin toqquşması nəticəsində bir kişi, iki qadın müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan 1940-cı il təvəllüdlü Elşad Kərimovun vəziyyəti ağır, qadınların vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/523691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR