27,4% insan narkotik ucbatından İİV-ə yoluxub

27,4% insan narkotik ucbatından İİV-ə yoluxub
15:44 6 Mart 2017
94 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı il ərzində 2142 nəfər narkotik istifadəçisi qeydə alınmaqla xəstələrin ümumi sayı 29448 nəfərə çatıb (Bakı şəhəri üzrə 11730 nəfər).

 

Lent.az-ın məlumatına görə, bu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2016-cı ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.

 

Onlardan 24056-ı dispanser, 5392-i profilaktik, 893-ü anonim qeydiyyatda olanlardır. İstifadəçilər arasında 18 yaşa qədər 5 nəfər, 612-i qadın, 183 nəfəri toksikomanlar, həmçinin ötən il ərzində qeydiyyata götürülənlərin 1567-i dispanser, 575-i profilaktik olmuşdur.

 

 2016-cı ildə qeydiyyatdan çıxanların ümumi sayı 1249 (691-ı dispanser, 558-i profilaktik) nəfərdir. İnyeksion narkotik istifadəçilərinin sayı 20576 nəfər təşkil edir. Onlardan 459 nəfəri qadındır. Əvvəlki illərdə olduğu kimi, İİV-infeksiyasının ölkədə yayılması əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotiklər istifadəçiləri hesabına baş verir. Belə ki, Azərbaycan vətəndaşları arasında 2016-cı ildə aşkar olunan İİV-ə yoluxma halların 27,4 %-i, ümumilikdə isə 1992-01.01.2017-ci il tarixədək yoluxma halların 48,7%-i infeksion narkotik istifadəsi nəticəsində baş verib.

 

Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 6185 nəfərdən 2967 xəstə (48%) inyeksion narkotik istifadəçisi olub ki, onların da 2186 nəfəri (72%) dispanser qeydiyyatına götürülüb. Eyni zamanda ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayın da azalma müşahidə olunur. 2016-cı ildə aşkarlanmış 556 nəfər İİV-li şəxslərin 151 nəfəri (27,4%) İNİ-lər olub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR