“Kurtlar Vadisi Pusu” ilə bağlı xəbərlər yalan çıxdı

Türkiyənin reytingli seriallarından hesab olunan “Kurtlar Vadisi Pusu” serialının sentyabr ayından TRT kanalında yayımlanacağı xəbəri yayılmışdı.

Metbuat.az xəbər verir ki, hətta “Pana Film” şirkətinin TRT ilə müqavilə imzaladığı deyilirdi. Lakin bütün bu xəbərlərin əsassız olduğu ortaya çıxıb.

Belə ki, TRT telekanalı serial nümayəndələri ilə görüşmədiklərini və serialın yayımlanma xəbərlərinin yalan olduğunu açıqlayıb.

Rəvan Nasiroğlu / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR