"Orxanın doğma anasını Tükəzban böyüdüb"

"Orxanın doğma anasını Tükəzban böyüdüb"
15:52 6 Mart 2017
444 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirov "5/5" verilişinin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, veriliş zamanı aparıcı Zaur Kamal bir çox tanınmışın proqrama qatılmaqdan imtina etdiyini deyib:

"İl mərasiminə belə bəziləri getmədi. Verilişə dəvət etdiyim bəzi insanlar gəlmədi, çəkindilər. Niyə çəkinirlər bilmədim". 

O.Nadirov körpə yaşlarından İ.Quliyevanın yanında yaşadığını söyləyib:

"Mən İlhamə Quliyevanın xalası nəvəsiyəm. Ondan həmişə ana qayğısı hiss etmişəm. Ağlım kəsəndən İlhamə xanımı ana bilmişəm".

Əməkdar artist Firuzə İbadova Orxanın doğma anasından söz açıb:

"Orxanın doğma anası Laləni Tükəzban xanım (İ.Quliyevanın anası - red.) öz qızı kimi böyüdüb. Lalə onların evində yaşayırdı. Orxan Lalənin ilk övladıdır. O, dünyaya gələndə biz xəstəxanaya onun yanına getmişdik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/523698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR