Lavrov Qarabağ danışıqlarının SİRRİNİ AÇDI: "İki-üç mövzu üzrəndə razılaşma...”

Lavrov Qarabağ danışıqlarının SİRRİNİ AÇDI: "İki-üç mövzu üzrəndə razılaşma...”
16:08 6 Mart 2017
142 Digər
Ölkə mətbuatı
A- A+

“Ermənistan və Azərbaycan Qarabağ münaqişəsinin nizama salınmasında əsas aspektlərdən hələlik uzaqdırlar”.

Publika.az
xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, işğal olunmuş rayonlar Azərbaycana qaytarılmalıdır.

“Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılmalıdır. Həmçinin, Qarabağın statusu təyin olunmalıdır, sözsüz ki, orada yaşayan insanların qayıdışı da nəzərə alınmalıdır. Hazırda son paket üçün əsas olan iki, üç mövzu müzakirə edilir. Dəqiq deyəcəm ki, biz bu məsələlərin razılaşmasından uzağıq”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/190355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR