Birinci vitse-prezident deputat mandatına xitam verilməsi üçün MSK-ya müraciət edib

Birinci vitse-prezident deputat mandatına xitam verilməsi üçün MSK-ya müraciət edib
16:08 6 Mart 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deputat mandatına xitam verilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Publika.az xəbər verir ki, MSK-nın bu gün keçiriləcək iclasında həmin müraciətə baxılacaq və qərar veriləcək.

Qeyd edək ki, Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə 14 saylı Xəzər seçki dairəsindən deputat seçilib. Bu ilin fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə M.Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin edilib. Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/190356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR