Suriyada Türkiyənin 4 hərbçisi yaralanıb

Suriyada Türkiyənin 4 hərbçisi yaralanıb
16:12 6 Mart 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsindəki hərbçilərinə PYD terrorçularının (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu) minaatanlardan hücum etməsi nəticəsində Türkiyənin 4 çavuşu  yaralanıb.
“Report” Haber7-yə istinadən xəbər verir ki, Suriyanın Hələb əyalətinə bağlı Əl-Bab bölgəsində Türkiyə hərbçilərinin xidməti vəzifələrini icra etdiyi əraziyə ölkənin Münbiçi rayonundan terrorçu PYD silahlıları miaatanlarla hücum edib.
Yaralı hərbçiləri Türkiyə ərazisindəki hospitala yerləşdiriblər.
Türkiyə Silahlı Qüvvələri isə YPG-nin (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu) Münbiçdəki mövqelərinə zərbə endirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/suriyada-turkiyenin-4-herbcisi-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR