Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilib

Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilib
16:17 6 Mart 2017
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. İclasda qeyd edilib ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət edib.

Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə 14 saylı Xəzər seçki dairəsindən deputat seçilib. Bu il fevralın 21-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/523771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR