Ukrayna teatrı Bakıda "Qrinç. Əfsanənin qayıdışı" adlı sehrli tamaşa göstərəcək

Ukrayna teatrı Bakıda "Qrinç. Əfsanənin qayıdışı" adlı sehrli tamaşa göstərəcək
16:22 6 Mart 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Odessanın "Skazki na vse vremena" ("Əbədi nağıllar") teatr birliyi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində uşaqlar üçün "Qrinç. Əfsanənin qayıdışı" adlı musiqili tamaşa təqdim edəcək.

Milli.Az bildirir ki, tamaşa 15 və 16 aprel tarixlərində baş tutacaq. Seansların başlama vaxtı saat 12:00 və 15:00-dır.

"Qrinç. Əfsanənin qayıdışı" musiqili tamaşası hansısa Ktoqrad şəhərindən və onun Milad bayramının əsl mənasını anlamağa çalışan gənc sakini Sindi Ludan bəhs edir. Bəziləri Milad bayramının mənasını hədiyyələrdə, digərləri isə evlərin bəzədilməsində görür, lakin onun öz ruhuna həqiqətən dəyər verəni tamaşanın sonunda öyrənəcəksiniz!

Sehr və sürprizlərlə zəngin bayram ab-havası. İnanılmaz dekorasiyalar, qeyri-adi kostyumlar, aktyorların oyunu, müəllif musiqisi ilə ahənglik təşkil edən baletin məharəti sizə və uşaqlarınıza unudulmaz təəssüratlar və xeyli parlaq emosiyalar bəxş edəcək!

Konsertə biletləri şəhərin bütün kassalarında və "ASAN xidmət" mərkəzlərində,

habelə https://iticket.az/ saytında onlayn əldə etmək olar. Biletlərin ödənişsiz

çatdırılması üçün telefon nömrəsi - (077) 600-00- 60.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR