Təhsil nazirindən məktəbə qəbulla bağlı ƏMR

Təhsil nazirindən məktəbə qəbulla bağlı ƏMR
16:23 6 Mart 2017
584 Ölkə
Ölkə mətbuatı
A- A+

2017/2018-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Publika.az-ın xəbərinə görə, əmrdə bildirilir ki, 2016/2017-ci dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilmiş, həmin məktəblərdə I sinfə 44 min nəfərdən artıq uşaq qəbul edilmişdir.

I sinfə qəbul üçün ərizələrin elektron qeydiyyatının bu prosesin düzgün tənzimlənməsinə, şagird sıxlığı ilə əlaqədar problemlərin vaxtında müəyyənləşdirilməsi və operativ həllinə zəmin yaratması və ictimaiyyət arasında rəğbətlə qarşılanması 2017/2018-ci dərs ilində də ərizələrin qəbulunun bu yolla aparılmasına etibarlı əsas verir.

Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki lisey və gimnaziyalarda 2017/2018-ci dərs ili üçün I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/190359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR