Ötən il 18 yaşadək 5 uşaq narkotik satışına görə tutulub

Ötən il 18 yaşadək 5 uşaq narkotik satışına görə tutulub
16:34 6 Mart 2017
156 Digər
Ölkə mətbuatı
A- A+

Ötən il ərzində  narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün 2607 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

 

 

Lent.az-ın məlumatına görə, bu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2016-cı ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.

 

Onlardan 5 nəfəri 18 yaşadək, 176 nəfəri 18-25 yaşadək, 412 nəfəri 26-29 yaşadək, 2014 nəfəri 30 yaşdan yuxarı, 22 nəfəri fəhlə, 6 nəfəri qulluqçu və ya maddi məsul şəxs, 3 nəfəri təsərrüfat işçisi, 1 nəfəri ali məktəb tələbəsi, 2331 nəfəri işləməyənlər, 2570 nəfəri kişilər, 37 nəfəri qadınlar, 907 nəfəri əvvəllər cinayət törətmişlər, 21 nəfəri isə əvvəllər xüsusi qeydiyyatda olanlardır.

 

Məsuliyyətə cəlb olunmuş 34 nəfər xarici ölkə vətəndaşlarından 677 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərin 18 nəfəri İran İslam Respublikası, 8 nə fəri Gürcüstan, 4 nəfəri Türkiyə, 1 nəfəri Qazaxıstan, 1 nəfəri Hindistan, 1 nəfəri Türkmənistan, 1 nəfəri Belarusiya vətəndaşı olub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR