Toyuna pul yığmağa getmişdi - Snayper gülləsinin qurbanı oldu - FOTOLAR

Toyuna pul yığmağa getmişdi - Snayper gülləsinin qurbanı oldu - FOTOLAR
16:43 6 Mart 2017
184 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada daha bir Rusiya hərbçisi ölüb.

Publika.az xəbər verir ki, bu haqda “Znak” saytı yazıb.

Saytın yazdığına görə, Rusiya qoşunlarının tərkibində “döyüş tapşırığının icrası” zamanı həlak olan 23 yaşlı İvan Slışkin Ozerskdə dəfn edilib.

İvan Slışkin 2010-cu ildə Çeçenistan Respublikasında hərbi xidmət keçib. Ordudan tərxis olunandan sonra ailə qurmağı planlaşdıran İvan Slışkin toy etmək üçün lazım olan pulu qazanmaq məqsədilə Suriyaya döyüşməyə gedib. Ancaq tale gənc əsgərin planlarını həyata keçirməyə imkan verməyib: O, snayper gülləsinin qurbanı olub.

Gənc martın 2-də - ad günündə dəfn edilib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR