Lənkəran-Lerik yolunda SÜRÜŞMƏ AKTİVLƏŞDİ

Lənkəran-Lerik yolunda SÜRÜŞMƏ AKTİVLƏŞDİ
16:47 6 Mart 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran-Lerik yolunda sürüşmənin aktivləşməsi nəticəsində gediş-gəliş çətinləşib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qarın sürətlə əriməsi sürüşməyə meylli olan ərazilərdə hərəkətin çətinləşməsinə səbəb olub. Sözügedən yolun 17-19, 23, 29-30, 34, 40-52-ci  kilometrliyindəki köhnə sürüşmə sahələri yenidən aktivləşib. Lerik 52 saylı Yol istismar idarəsinin rəisi Elxan Əliyevin verdiyi məlumata görə, sürüşmə səbəbindən yola torpaq kütləsi, qaya və dağ parçaları tökülür.

Bu səbəbdən qurum gücləndirilmiş iş rejimində çalışır. Yolda nəqliyyatın hərəkətini təmin etmək məqsədilə gün boyu ərazidə ağır texnikalar və işçi qüvvəsi çalışır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/523774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR