MSK sədri siyasi partiyalara xəbərdarlıq edib

MSK sədri siyasi partiyalara xəbərdarlıq edib
16:47 6 Mart 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Məkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycandakı siyasi partiyalara çağırış edib.
“Report”un xəbərinə görə, M.Pənahov deyib ki, partiyalar 2016-cı il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim etməlidir.

Onun sözlərinə görə, MSK-ya hesabatlar daxil olur: “Son müddət aprelin 1-də başa çatır. Digər partiyalar da maliyyə hesabatlarını təqdim etməlidirlər”.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. MSK bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.



Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/msk-sedri-siyasi-partiyalara-xeberdarliq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR