​Xanəmir Telmanoğlu

Heç bir cəmiyyət ciddi əsəri rahat qəbul edə bilməz. Onun həzmi üçün ağır başa gələrdi. Mədəsində qalardı. Boğazından keçməzdi. Bağırsaqlarını dağıdardı. Coysun “Ullis”ini sözün stuasiyalarda, hadisələrdə böyümsi, özünü doğrultmasındakı zaman və Avropa siyasi mühitindəki proseslər ədəbi ortama ötürə bildi. Coysun “Ullis”ini özündən sonrakı digər yazarlar və digər xalqların ədəbiyyatı şouya çevirə bildi.

İstənilən məsələnin şousu əxlaqsızlığın fəlsəfəsinə gətirib çıxarır. İnsan kitab satmır, gerçəkdən yazar əsərini satanda özünü satır, öz satışından gəlir əldə etmək istəyir sonucda. İnsanın bədəni özünün deyil. İnsanın bədəni kitabdır, yazıdır, sözdür, cümlədir, mətndir. İnsanlar kitabı satanda əxlaqsızlaşırlar. Kitablar dışında hər şey satıla bilər. Kitablar satışa çıxarıldısa, orda mütləq insanın şəhvətindən burulğanlaşan əsər-əlamət cövlan edəcək. Ona görə də yer üzündə, bütün cəmiyyətlərdə kitabları insanlara çatdırmağın, ulaşdırmağın bir üsulu bulunmalıdır. (Əgər müəllif istəyirsə ki, onun yazdıqlarını minlərlə adam oxusun, bu onun şüurundakı problemdən, ruhsal pozuqluğundan xəbər verir. Demək, müəllif ruhsal istismara məruz qalıb. Əgər müəlif istəyir ki, onun əsərini bir nəfər oxusun və bu sürəcdə əsərinin oxunması yazara tənhalıq yaşadırsa, fanilik aşılayırsa, o müəllif sağlam şüura və kosmik düşüncə daşıyıcılığına sahibdir.) Bu fəlsəfənin dərki onun müəlliflərinə, hər hansı bir əsəri ortaya çıxaran yazarların deyil, onu satışa sunub nəsə əldə eləmək istəyənlərin davamlı, ardıcıl tanıtım bombardımanının hədəfə vurmasından asılıdır. Istənilən oyun qaydalarında ölən və öldürən var. Burda hədəf oxucuysa, oxucunun qanı getdi və aralıqda qanı batıb itəsidir. Biznesin də təməlində “haram” və “ qan” lövbər salır. Qarabağ savaşı da göstərdi ki, ən gözəl biznes üsullarından biri kimlər üçünsə müharibə oldu.

Şou bir savaş üsuludur

Hər hansı bir əsərin üzərindən reklam çarxları fırlatmaq bir sonuc verə bilər. Baxır kimin, hansı əsəridir. Baxır, bu əsəri, məsələn, kimin təqdir edib oxucu təfəkkürü, ruhu üçün qida deyil, vitamin rolu oynaya bildiyinə əminlik yaratmağına.

Mən səssizlik səltənətində o qədər kitablarla tanış olub, onları əldə etmişəm ki… Mən sakit bir ab-havada axtarılan, sorulan, soraqlaşılan kitablar, əsər üçün ölürəm. O kitabların dalınca düşmək, tapanda sevinmək, sonra da günün hər hansı bir vədəsində bir kənara çəkilib o kitabı oxumaq, o kitabı oxuyub “öldürməkdən” gözəl dünyada heç nə görmürəm.


Rahatlığa od qoyan bütün bu romantik yanaşımlar öz yerində. Gələk real bildiyimiz əsərlərin tanıtılması, alınması, oxudulması özəlliyənə. Bu sadəcə, bir qaynaşım içində o əsərlərin gerçək gücünü öldürməkdən başqa bir işə yaramır adına şou dediyimiz.


Mənə görə, müəllif və əsər axtarılar. Əsl bir itki kimi. Beyin, ruh yöntəmindəki müəyyən sahələrin itgisi kimi. Uzaq başı, fikrin başqa üzüylə izah etsək, müəıllif və kitab bir cinayətkar, bir qatil olaraq axtarılmalı, tapılıb “cəzasına” çarpdırılmalıdır. Çünki insanın şüuraltında kitablara, yazılara, mətnlərə yönəlik bir qisasçılıq uyuyur. Bu qisasçılığı biz zaman-zaman, nəsildən-nəsilə sevə-sevə, maraq və heyrətlər içərisində qoruyur, saxlayır, hətta gücləndiririk.
İnsan heç zaman kitablara qarşı bünyəsində gizlənmiş o qəzəb, qisasçılıq hissini itirməyib, ondan vazkeçənə də oxşamır. Niyə bilirsənmi? Məncə, o çılpaq bədənli məxluq dərk elədi ki, Tanrıya qarşı münasibətini, Yartadana ağ olmağını ancaq söz, yazı, əsər, kitab adlı nəsnə sayəsində açmağı bacardı. Bunu insanlar deyil, insanların yazdıqları, insanlara yazdırılan, insanlardan yazılan kitablar törətdi. İnsan sirrinin ilk və əsas carçısı, xəbər daşıyanı kitablar olduğundan, öz gizlinlərinin faş olmasını istəməyən insan belə bir vasitənin –kitabın həm də sevimli qəniminə çevrildi.İnsan taleyinin yazısına dönüşən əsərlər, mətnlər, kitablar bir türlü insanın özündən baş alıb getsə də, insanın özünə qayıtmadı. Oysa insan bunu umur, bunu istəyir, gözləyirdi. Bu gözləntinin qarşılıqsız qalması da bir tərəfədən haqqında danışdığımız bizə maraq və sevinc kimi görsənən qisas, kin və qəzəbin ta özüydü. Bugün kitablarla bağlı aparılan bütün cəhdlər, yenilklər, təzəliklər (yandırılmasından, cırılmasından, təzə tər reklam olunmasına kimi)- hamısı ona, kitablara qarşı açılan savaşlardır.
Quran Allahın kitabıdır. Onun reklamı getməyib və bizim bildiyimiz üsullarla reklamına ehtiyac olmayıb. Quranı mələklər reklam edirlər. Özü də başqa aləmlərə. Quran kitabının yer üzündə reklamına ehtiyac yoxdur. Çünki biz hamımız Quranıq. Gerçək Quran bizik. Sadəcə kitab şəklində olan Quran bizim və yer kürəsinin kodlaşdırılmış şəkli, variantıdır.
Allahın kitabları isə kitab deyil. Onlar kağızlıq, ekranlıq deyil. Onlar bir başa insanın vücuduyla, əzalarıyla, qanı və ruhuyla, canıyla bağlıdır.
Çünki, nə vaxtsa, yazar gözlənilməz zərbələrlə, “pıçaqla” oxucuya, onun varlığına xətər yetirib. Oxucu ən gizlin yerindən “xəyanət” görüb yazarın. Mətnin hermeneftikasından gələn təhlükələr artıq onu, oxucunu əsla qorxutmaz. Onun üzərinə gedərək, yazarın cinayətlərinin üstünü açmaq, yazarın cinayətlərinin çoxaldılmasına münbit şərait yaratmaq üçün əldən-ayaqdan getməlidir.
Hətta ilk əsəri ciddi və maraqlı olub, özü tanınmayan müəllifə qarşı da oxucu modifkasiyası tərəfindən eyni metod uyğulanmalıdır. Ən azından ona görə ki, o yazar, o əsər yenə nə vaxtsa cinayət şüurunu cəmiyyətə “ebola”şdıracaq.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR