Sabahkı valyuta hərracında dolların məzənnəsi düşə bilər

Sabahkı valyuta hərracında dolların məzənnəsi düşə bilər
16:52 6 Mart 2017
822 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Sabah, martın 7-də Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirəcəyi növbəti valyuta hərracında ABŞ dollarının rəsmi məzənnəsi bir qədər geriləyə bilər. "Report"un analitik qrupu bildirir ki, AMB-nin son bir həftədə keçirdiyi depozit hərraclarında, not və Maliyyə Nazirliyinin istiqraz yerləşdirilməsi üzrə hərraclarda 270 mln. manata yaxın vəsait sterlizasiya olunub. Nəticədə, bank sistemində manat qıtlığı yaranıb və bu, özünü bu gün nağd valyuta bazarında göstərib. Bankların bəziləri dolları limitlə almağa başlayıb.
"Report"un analitik qrupu banklarda yaranan manat qıtlığı səbəbindən sabahkı valyuta hərracına çıxarılması ehtimal edilən 35 mln. dolların hamısına tələbin olmayacağını, nəticədə, dolalrın məzənnəsinin düşəcəyini proqnozlaşdırır. Analitik qrup həmçinin ABŞ Federal Ehtiyat Sisteminin (FED) martın 14-15-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artırmasından sonra dünya valyuta bazarında dolların ucuzlaşacağını, bunun da manatın möhkəmlənməyə davam etməsinə kömək göstərəcəyini ehtimal edir. Lakin, bütün bu sadalananlara baxmayaraq, manatda kəskin dalğalanmalar gözlənilmir. Rəsmi məzənnə 1,75 AZN/USD səviyyəsinə yaxın qalacaq, dollardakı ucuzlaşma isə 0,01 manatı ötməyəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/sabahki-valyuta-herracinda-dollarin-mezennesi-duse-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR