Bundesliqa klubu türk məşqçiyə tapşırıldı

Bundesliqa klubu türk məşqçiyə tapşırıldı
16:57 6 Mart 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə yığmasının üzvləri Hakan Çalhanoğlu və Ömər Toprakın formasını geydiyi "Bayer" Tayfun Korkutla anlaşıb.


Fanat.Az xəbər verir ki, səfərdə Dortmund "Borussiya"sına 2:6 hesabı ilə məğlub olan leverkuzen təmsilçisi baş məşqçisi Rocer Şmidtlə yolları ayırmışdı. Almaniyanın köklü klublarından olan "Bayer" Korkutla mövsümün sonuna qədər anlaşıb. 


Hazırda leverkuzen təmsilçisi Çempionlar Liqasının 1/8 final mərhələsində çıxış edir və 1/4-ə adlamaq üçün Madrid "Atletiko"su ilə mübarizə aparır. Tərəflər arasında fevralın 21-də Almaniyada baş tutan ilk matçda ispanlar 4:2 hesablı qələbə qazanmışdı.


Türkiyəli mütəxəssis daha öncə Almaniya klublarından "Hannover 96" və "Kayzerslautern"i çalışdırmışdı. "Bayer" onu karyerasında 3-cü komanda olacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bundesliqa-klubu-turk-mqciy-taprld-t56739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR