XİN rəsmisi: "Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır"

XİN rəsmisi: "Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır"
17:12 6 Mart 2017
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ "Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır".
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər nazirinin müavini Saymon Makdonald Bakıda "ADA" Universitetində dediyi mühazirə zamanı bildirib.
"Dünya dəyişir, münaqişənin başlamasından görün nə qədər zaman keçib. Odur ki, beynəlxalq ictimaiyyətin diqqəti artıq Dağlıq Qarabağ məsələsindən yayınıb" - S.Makdonald vurğulayıb.
Diplomat rəsmi Londonun Dağlıq Qarabağ məsələsində diqqəti münaqişənin sülh yolu ilə həllinə yönəltdiyini söyləyib: "Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə yalnız danışıqlar və sülh yolu ilə nail olmaq mümkündür."

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/xi-n-bascisinin-muavini-boyuk-britaniya-dagliq-qarabag-munaqisesinin-sulh-yolu-ile-hellinin-terefda

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR