106.3 FM-dən maraqlı layihə

"Azad Azərbaycan" 106.3 FM radiosu ötən həftə maraqlı bir layihəyə imza atdı. “Gedirəm” layihəsi xalq artisti İlhamə Quliyevanın xatirə gününə həsr edilib.

Layihə çərçivəsində 106.3 FM xüsusi bir disk buraxıb. Diskdə İlhamə Quliyevanın 10 ən sevilən mahnısı estradamızın məşhur müğənniləri tərəfindən yenidən aranjıman olunaraq, ifa edilib. “Gedirəm” layihəsində Nadir Qafarzadə, Mətanət İsgəndərli, Elza Seyidcahan, Günay İbrahimli, Lalə Məmmədova, Zamiq Hüseynov, Nuri Sərinləndirici və Ceyn, Elnarə Xəlilova, Çinarə Məlikzadə və pianoçu Fərid Kərimli iştirak ediblər.

Metbuat.az xəbər verir ki, “Gedirəm” diskində yer alan ən maraqlı mahnılardan biri isə İlhamə Quliyevanın şəxsi arxivindən, heç yerdə səsləndirilməyən musiqisi Xanım İsmayılqızına, sözləri Nigar Rəfibəyliyə məxsus “Tərki dünya kimi” mahnısıdır.

Aşağıdakı linkdə sözügedən mahnıları dinləyə bilərsiz.

https://www.youtube.com/watch?v=Q8CDgJ55W_A&feature=youtu.be


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR