Prodüser Təranə əməliyyatdan sonra İLK DƏFƏ - FOTO

Prodüser Təranə əməliyyatdan sonra İLK DƏFƏ - FOTO
17:32 6 Mart 2017
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə gün öncə liposaksiya (Piy sovurma əməliyyatı) etdirən tanınmış prodüser Təranə Səmədova evə buraxılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, prodüser bildirib ki, hazırda özünü yaxşı hiss edir: "Əməliyyatımdan razıyam. Əminəm ki, yeni görkəmim məni qane edəcək. Çünki artıq 3-4 gündür ki, əməliyyat olunmuşam, amma irəliləyişlərdən hiss edirəm ki, daha da yaxşı olacaq. Bu əməliyyat nəticəsində 6 litr piydən azad oldum".

Prodüser onu da əlavə etdi ki, növbəti dəfə əməliyyat masasına əyləşəcək: "Daha bir liposaksiya əməliyyatını ayaq nahiyəmdə etdirəcəm. Bundan başqa qarşıda iki estetik əməliyyat da məni gözləyir. Estetik əməliyyatı hansı nahiyədə etdirəcəyimi isə indidən açıqlamayacağam. İstərdim ki, 15-20 kilo arıqlayım". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində










Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/523790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR