Sərhəddə çay qutularında siqaret aşkar edilib

Sərhəddə çay qutularında siqaret aşkar edilib
17:32 6 Mart 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının əl yükünə "Heimann X RAY" markalı texniki nəzarət vasitəsi ilə baxış keçirilib. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Yoxlama zamanı əl yükünün içərisindəki çay qutularından gömrük nəzarətindən gizlədilən 2 520 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/serhedde-cay-qutularinda-siqaret-askar-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR