İran PA: "Tehran və Bakı arasında münasibətlər strateji əlaqələrə çevrilə bilər"

İran PA: "Tehran və Bakı arasında münasibətlər strateji əlaqələrə çevrilə bilər"
17:52 6 Mart 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

"Sosial və mədəni amillər İran və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə yardım edir və bu münasibətlərin yeni strateji səviyyəyə çıxmasına imkan verir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə İran Prezidenti Administrasiyası rəhbərinin informasiya və kommunikasiya üzrə müavini Pərviz İsmaili deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfərini şərh edən P.İsmaili qeyd edib ki, səfər zamanı iki ölkə arasında əlaqələrin fəallaşdırılması üçün unikal imkanlar yaradılıb.

Onun sözlərinə görə, Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun açılışı, energetika, ticarət, nəqliyyat, turizm və ekologiya sahələrində həyata keçirilən digər layihələr Tehran və Bakının regional və regionlararası əlaqələrin mərkəzinə çevrilməsinə imkan yaradır.

İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatlarından danışan P.İsmaili bu formatları regionda sabitliyin və təhlükəsizliyin bərpa olunması, eləcə də regional inkişaf və terror təhlükələrinə qarşı mübarizə sahələrində uğurlu nümunələr adlandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/523804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR