Azərbaycanda son üç ildə 161 hərbi hissə və şəhərcik qazlaşdırılıb

Azərbaycanda son üç ildə 161 hərbi hissə və şəhərcik qazlaşdırılıb
17:57 6 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Son 3 il ərzində 161 hərbi hissə və şəhərcik, o cümlədən 2014-cü ildə 56, 2015-ci ildə 788, 2016-cı ildə isə 27 hərbi hissə və şəhərcik qazlaşdırılıb.
"Report"un xəbərinə görə, bu, Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Bu işlərə ümumilikdə 18,5 milyon manat vəsait yönəldilib.
Enerji təminatının yaxşılaşdırılması məqsədi ilə hərbi hissələrdə 2250 m yüksək gərginlikli, 3110 m isə aşağı gərginlikli elektrik xətləri çəkilib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-son-uc-ilde-161-herbi-hisse-ve-sehercik-qazlasdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR