Fransua Olland: “Prezident seçkisi yalnız Fransanın deyil, Avropanın gələcəyini müəyyənləşdirəcək”

Fransua Olland: “Prezident seçkisi yalnız Fransanın deyil, Avropanın gələcəyini müəyyənləşdirəcək”
18:02 6 Mart 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ “Prezident seçkisi yalnız Fransanın deyil, Avropanın gələcəyini müəyyənləşdirəcək”.
“Report” “DW”-ya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Fransua Olland martın 6-da Avropada nəşr olunan qəzetlərə müashibəsində bildirib.
“Populistlərin məqsədi Fransanı dünyadan təcdir edib, gələcəkdə böyük sərhədlər çəkib, baryerlər yaratmaqdır”, - deyə, o vurğulayıb.
Fransa Milli Cəbhə Partiyasının lideri Marin Le Pen haqqında danışan F.Olland deyib: “Onun qələbə qazanacağı təhlükəsi mövcuddur. Mənin sonuncu borcum Fransanın üzərinə böyük məsuliyyətin qoyulmamasıdır”.
Keçirilən son rəy sorğularının nəticələrinə əsasən, Le Pen Emmanuel Makronla birlikdə prezident seçkisinin birinci turunun qalibi olacaqlar. Sosioloqlar ikinici tura Le Pnein məğlub olacağını proqnozlaşdırırlar.
Xatırladaq ki, Fransada prezident seçkisinin birinci turu aprelin 23-də, ikinci mərhələsi isə mayın 7-də keçiriləcək.
Qeyd edək ki, Brüsseldə Avropa Parlamenti Milli Cəbhə Partiyasının lideri və "Millətlərin və azadlıqların Avropası" parlament fraksiyasının rəhbəri Marin Le Penin deputat toxunulmazlığının ləğv edilməsinə səs verib.
Marin Le Pen Fransada Nanter prokurorluğunun siyasətçinin "Twitter" səhifəsində İŞİD vəhşiliklərini əks etdirən fotoşəkillər yerləşdirməsi ilə əlaqədar başlatdığı istintaqda əsas şübhəli sayılır. M.Le Penin toxunulmazlığının götürülməsi ilə bağlı müraciət Fransa tərəfindən göndərilib. Amma ekspertlərin fikrincə, Avropa Parlamentinin qərarı siyasətçinin prezidentliyə namizəd kimi statusuna təsir etməyəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransua-olland-prezident-seckisi-yalniz-fransanin-deyil-avropanin-geleceyini-mueyyenlesdirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR