Keçən il Azərbaycanda 10 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb

Keçən il Azərbaycanda 10 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb
18:02 6 Mart 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Keçən il 10 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb.
“Report” xəbər verir ki, bu, Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabatda qeyd olunub ki, alternativ xidmət olan 1 nömrəli Ailə tipli kiçik qrup evinə 3 nəfər uşaq yerləşdirilib, Lənkəran şəhərində Təhsil Nazirliyi tərəfindən oğlanlar üçün inşa edilən müasir infrastruktura malik 2 nömrəli Ailə tipli qrup evinə yerləşdirilmək üçün dövlət uşaq müəssisələrindən valideyn himayəsindən məhrum, tam kimsəsiz 12 nəfər uşaq seçilib.
Valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 38 uşaq həmin müəssisələrdən bioloji ailələrin və yaxın qohumlarının himayəsinə qaytarılıb.
Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 8-16 yaş arası 4 nəfər uşaq övladlığa verilib.
Qeyd edək ki, hesabat Milli Məclisin martın ayının 17-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.              

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/kecen-il-azerbaycanda-10-usagin-dovlet-usaq-muessiselerine-dusmesinin-qarsisi-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR