"20 mart Dünya Uşaq və Gənclər Teatr Günü" qeyd olunacaq

"20 mart Dünya Uşaq və Gənclər Teatr Günü" qeyd olunacaq
18:05 6 Mart 2017
Ölkə mətbuatı
A- A+

Hər il olduğu kimi bu il də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı - ASSİTEJ-Azərbaycan Milli Mərkəzində 20 mart Dünya Uşaq və Gənclər Teatrı Günü qeyd ediləcək. Teatrın 2011-ci ildən bəri üzv olduğu Beynəlxalq ASSİTEJ-in təsis etdiyi bu gün "Uşağı teatra apar" devizi ilə həyata keçirilir. Və hər il Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlə əlaqədar xüsusi repertuar tərtib edir.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, uşaq və yeniyetmələrin teatrı olan Gənc Tamaşaçılar Teatrı nümayiş etdirdiyi səhnə əsərləri ilə bütün tamaşaçılarının mənəvi cəhətdən zənginləşməsi, dünyagörüşlərinin formalaşmasına çalışır. Buna görə də 20 mart xalqımızın Milli Novruz bayramı günlərinə təsadüf edən Dünya Uşaq və Gənclər Teatr Günü münasibətilə - mart ayının 18-dən - 25-dək Dövlət Gənc Tamaşaçılar Teatrı cari repertuarında olan bir-birindən maraqlı səhnə əsərlərini nümayiş etdirəcək. Həmin günlərdə "Tıq-tıq xanım", "Qoğalın nağılı", "Uzuncorab Pippi", "Çirkin ördək balası", "Aycan", "Buratinonun macəraları" tamaşaları göstəriləcək.

Məlumat üçün bildirək ki, Dünya Uşaq və Gənclər Teatr günü 15 il öncə Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) tərəfindən təsis edilib. "Uşağı teatra apar" devizi ilə həyata keçirilən bu teatr bayramı dünyanın hər bir yerində yaşayan bütün azyaşlı uşaqlar və gənclərin teatra cəlb olunmasına xidmət edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


















Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/523787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR