WWF: Yaxın gələcəkdə onurğalı heyvanların 67 faizi yox ola bilər

WWF: Yaxın gələcəkdə onurğalı heyvanların 67 faizi yox ola bilər
18:57 6 Mart 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ "Əgər heç bir qabaqlayıcı tədbirlər görülməsə gələcəkdə onurğalı heyvanların üçdə ikisi yox olacaq."
“Report”un xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Dünya Vəhşi Təbiət Fondu (WWF) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, insan fəaliyyətinin təbiətə verdiyi zərər həm dünya miqyasında biomüxtəlifliyi azaldır, həm də bir çox canlı növünü məhv olma təhlükəsi ilə qarşı-qarşıya qoyur. Bu gün dünya canlı növlərin sürətli yox olduğu yeni bir dövrlə üz-üzədir. Çünki hazırda əvvəllər yaşamış olan canlı növlərin 99,9 faizi yox olmuş vəziyyətdədir. Hətta qədim dövrlərlərlə müqayisədə bu gün heyvanların normal yox olma nisbəti 10 min dəfə artıb. Yox olma riski daşıyan canlı növləri və bio müxtəliflik faktorları arasında dağlar, meşələr, göllər, dənizlər, bitkilər və nəsli kəsilməkdə olan heyvanlarvar.
WWF-nin keçən il üçün dərc olunan hesabatına görə, 1970-ci ildən 2012-ci ilə qədər heyvanların 58 faiz azalıb. Fondun mütəxəssisləri vəziyyətin çox ciddi olduğunu bildiriblər: “Bütün bunlara qarşı qabaqlayıcı tədbirlər görülməsə və bu vəziyyət davam edərsə, 2020-ci ilə qədər dünyadakı onurğalı heyvanların təxminən 67 faizi tamamilə yox ola bilər”.
Bundan başqa, başqa bir jurnalın hesabatında isə aralarında pələnglərin da olduğu yırtıcı böyük məməli heyvanların 59 faizinin, otyeyənlərin isə 60 faizinin yox olma təhlükəsi var. Yox olma təhlükəsi olan heyvanlar arasında fillər, qorillalar, pələnglər, qartallar, kərgədanlar, qütb ayıları və bəzi balıq növləri var. Ancaq insanlar tərəfindən çox da məlum olmayan bir çox heyvanın da nəslinin tükənməkdə olduğu bildirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/wwf-yaxin-gelecekde-onurgali-heyvanlarin-67-faizi-yox-ola-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR