Ağcabədidə əl qumbarası aşkarlanıb

Ağcabədidə əl qumbarası aşkarlanıb
19:07 6 Mart 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 mart. REPORT.AZ/ Ağcabədi rayonunun İmamqulubəyli kəndində 1 otlaq sahəsinə baxış keçirilib, 1 ədəd F-1 əl qumbarası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, ANAMA tərəfindən Ağdam rayonu, faktiki olaraq Ağcabədi rayonu ərazisində 2 min kv.m ərazi yoxlanılıb.
Ümumilikdə agentlik yanvarın 1-dən martın 6-dək Ağdam, Agcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 5 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 126 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 973 ədəd partlamamış hərbi sursat, 66 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib, 879 516 kv.m ərazi (430 574 kv.m ərazi əl, 207 min kv.m ərazi mexaniki üsulla, 113 min kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 128 942 kv.m ərazi minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.




Xəbərin orijinal ünvanı: https://report.az/herbi/agcabedide-el-qumbarasi-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR