Yatağın altından çıxanlar hər kəsi heyrətə saldı - FOTO

Yatağın altından çıxanlar hər kəsi heyrətə saldı - FOTO
19:17 6 Mart 2017
126 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə, Kırklareli şəhərinin Pınarhisar mahalında Bizans və Roma dövrünə aid olduğu bildirilən 107 tarixi əsər ələ keçirilib, 3 şübhəli saxlanılıb. 

Milli.Az milliyet-ə istinadən xəbər verir ki, təşkil edilən əməliyyatda Pınarhisarın Yenice və Akören kəndlərində aparılan icazəsiz qazıntılarda əldə edilən əsərlərin satılacağı məlumatı əldə edilib.

Şəxsiyyəti təyin olunan şübhəlilər Y.S, H.B. və T.B.-nin ev və iş yerlərində axtarış aparılıb.

Axtarışlarda, Bizans və Roma dövrünə aid olan 6 bürünc heykəl, ümumi 101 qızıl və gümüş sikkə, boyunbağıucu və üzük, 4 detektor, 1 sənədsiz ov tüfəngi ələ keçirilib.

Əməliyyatda şübhəli Y.S.-nin tarixi əsərləri yatağının altında gizlətdiyi məlum olub.

Şübhəlilər nəzarətə alınıb, götürülən tarixi əsərlər Kırklareli Muzeyi İdarəsinə təhvil verilib.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində













Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR