Transferdə ilin bombası: Zlatan İbrahimoviç - Müdhiş iddia

Transferdə ilin bombası: Zlatan İbrahimoviç -   Müdhiş iddia
19:27 6 Mart 2017
154 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in ulduzu Zlatan İbrahimoviçlə bağlı sürpriz iddia ortaya atılıb. Fanat.Az xəbər verir ki, isveçli uluduzun komandanı tərk edərək Çinə üz tutacağı bildirilir.


İddia olunur ki, Çin klubu İbrahimoviçə illik 14,2 milyon funt-sterlinq maaş verəcək. Artıq futbolçunun özünün də Asiya ölkəsinə uz tutmaq istədiyi deyilir.


Qeyd edək ki, bir müddət əvvəl Joze Mourinyo İbrahimoviçin komandada qalıb-qalmayacağı ilə bağlı suala "Ona "Zlatana yalvarmaram. Amma azarkeşlər evinə gedərək onu komandada qalmağa razı sala bilərlər" cavabını vermişdi.


İbrahimoviçin müqaviləsi 2017-ci ilin 30 iyununda bitir. 35 yaşlı futbolçu İngiltərə klubunda 39 oyun keçirib, 26 qol vurub və 6 məhsuldar ötürmə verib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-transferd-ilin-bombas-zlatan-brahimovic-t56743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR