“65 milyon insan ölməyəcəkdi” - Türkiyədə hazırlanan VİDEO ŞOK YARATDI

“65 milyon insan ölməyəcəkdi” - Türkiyədə hazırlanan VİDEO ŞOK YARATDI
19:33 6 Mart 2017
280 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə aprelin 16-da keçirilməsi planlaşdırılan referenduma çıxarılacaq əlavə və dəyişikliklərə qarşı hazırlanan təbliğat videosu birmənalı qarşılanmayıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Hüquqi Araşdırmalar Dərnəyinin (HUDER) İzmir şöbəsinin başçısı Abdulvahap Karakuş İzmir Barosunun referendum üçün hazırladığı videonun vəkillər arasında qütbləşməyə səbəb olduğunu bildirib.

“Videonu izləyəndə böyük şok yaşadım. Adəm və Həvva hekayəsi ilə dini duyğularımız alçaldılır. Bundan başqa, hökumət sisteminin dəyişdirilməsinin nasist rəhbərliyi ilə müqayisə edilməsi, baronun zehniyyətini və hüququ dünyagörüşünü göstərir. Sözügedən videonu qəbul etmədiyimizi və qınadığımızı bildiririk, onu hazırlayanlar haqqında isə istintaqın başlanmasını gözləyirik”, - o vurğulayıb.

Ömər




Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR